Dərc edildi: Baxış sayı: 812
Xərçəng və diabetə mane olan içki
İspan alimlər belə qənaətə gəliblər ki, südün və onun əsasında hazırlanan yağlılığı aşağı məhsulların normal ölçüdə qəbul edilməsi bir sıra xəstəliklərin inkişaf riskini azaldır.
Bu barədə “Medical Xpress” portalı “Advances of Nutrition” jurnalında dərc edilmiş araşdırmaya istinadən məlumat yayıb.
Alimlər südün profilaktik xassələrinin yoxlandığı 14 tədqiqatın meta-təhlilini aparıblar. Məlum olub ki, yağlılığı aşağı olan süd məhsullarından, o cümlədən, yoğurtlardan istifadə metabolik sindrom və ikinci növ diabetin inkişaf riskini azaldır.
Bundan başqa, belə məhsulların qəbul edilməsinin kolorektal və sidik kisəsi xərçənglərinin inkişaf ehtimalının azalması ilə bağlılığı tapılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət