Xəbəriniz olsun: Bazar günü iş günü elan edildi
Xəbər verdiyimiz kimi, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar verib. Baş Nazir Əli Əsədov isə müvafiq qərarı imzalayıb.
Qərara əsasən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Bu, qərar sadə izahını oxucularımıza təqdim edirik.
Bu o deməkdir ki, dekabr ayının son həftəsinin şənbə və bazar günləri iş günü hesab ediləcək. Yəni ardıcıl olaraq 7 gün iş günü olacaq.
Daha sonra isə ardıcıl olaraq 1 həftə istirahət olacaq. Belə ki, dekabrın 31-i, eləcə də yanvarın 1-i, 2-si, 3-ü, 4-ü, 5-i və 6-sı qeyri-iş günü olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət