Slimfit
  1. AZƏRBAYCAN

Xəbərdarlıq: Bu dərmanları qəbul etməyin

Xəbərdarlıq: Bu dərmanları qəbul etməyin
Sakura

Xəbərdarlıq: Bu dərmanları qəbul etməyin

Dərman maddəsinin rəngini və formasını dəyişməsi, tərkibində müxtəlif rəngli nöqtələrin yaranması saxlanma şəraitindən və ya dərmanın keyfiyyətsiz olmasından asılı ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla Mingəçevir sakininin aldığı siropda qara nöqtələrin olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

O, uyğunsuz şəraitdə saxlanılan dərman vasitələrinin xarab olması barədə əlamətlərin məlumatlandırıcı vərəqdə qeyd edildiyini bildirib:

“Bəzi dərman vasitələri xarab olmağa başladıqda tərkibində müxtəlif nöqtələr yarana və ya bir neçə rəng ala bilər. Bütün bunlar dərmanın xarakteristikasında yazılır. Əgər dərman maddəsinin xəbərdarlıq etiketində bu barədə məlumat yoxdursa, deməli, dərman maddəsində problem var. Bu problem dərmanın keyfiyyətsizliyindən və saxlanma qaydalarına əməl edilməməsindən asılı ola bilər. Dərmanlar nəmişlikdə və ya gün altında saxlanılarsa, öz formoloji xüsusiyyətlərini itirə bilər. Bunu dəqiq şəkildə ekspertiza müəyyən edə bilər”.

A.Qeybullanın sözlərinə görə, apteklərə lisenziya verilərkən yerləşdiyi əraziyə, havalandırma sisteminə və s. mütləq baxılmalıdır:

“Ümumiyyətlə, sivil ölkələrdə bununla bağlı problemlər yaşanmır. Bizdə hər künc-bucaqda bir aptek yerləşir. Çox vaxt gigiyenik şəraitin olmasına nəzarət edilmir. Aptek daim təmiz və ventilyasiya şəraitində olmalı, nəmişlik və digər faktorlara ciddi nəzarət edilməlidir.

Çünki dərman vasitələrinin əksəriyyəti özünə maye çəkmək xüsusiyyətinə malikdir. Bu baxımdan da apteklərə lisenziya verilərkən onların gigiyenik parametrlərə nə dərəcədə uyğun olub-olmaması mütləq nəzərə alınmalıdır. Digər tərəfdən, aptekdə ali təhsilli şəxslər və müvafiq mütəxəssislər çalışmalıdır”.

Ekspert aptek işçilərinin dərmanların xarab olub-olmamasına nəzarət etməli olduğunu söyləyib:

“Dərman maddəsi deformasiyaya uğrayıbsa, şişibsə, maye formada olan dərmanlar homogenliyini itiribsə, bulanıbsa, çöküntü veribsə, satışdan yığışdırılmalıdır. Bəzi dərman vasitələrinin çöküntü verməsi normal sayılır. Bu barədə onların xarakteristikasında da qeyd olunur”.

Qeyd edək ki, Mingəçevir şəhər sakini Tahir Mikayılov övladı üçün şəhərdəki apteklərdən birindən dərman alıb. Övladı 10 gün həmin siropu qəbul etdikdən sonra onda sancılar baş verib. Şəhər sakini aldığı dərmanın içərisində məlum olmayan qırıntıları gördükdən sonra aptekə müraciət edib. Aptek isə saxlanma şəraitinə əməl edilməyinə görə siropun tərkibində qara rəngli qırıntılar yarandığını bildirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR