Dərc edildi: Baxış sayı: 538
Xəbər çarxları hazırlayan süni intellekt təqdim olunub
“Alibaba” və Çinin “Xinhua” xəbərlər agentliyi qısa videoçarxlar düzəldə bilən süni intellekt hazırlayıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, yeni platforma informasiyanı avtomatik emal edə və sosial şəbəkələr üçün qısa videoçarxlar hazırlaya bilər. Hələ ki bu funksiyalar yalnız maliyyə xəbərləri üçün əlçatandır, ancaq gələcəkdə platformanın köməyi ilə başqa mövzularda da çarxlar düzəltmək mümkün olacaq.
Bundan başqa sözügedən platforma məlumatları avtomatik toplaya və informasiyanın hazır təhlilini jurnalistlərə təqdim edə biləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət