Slimfit
  1. İQTİSADİYYAT

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmaqda davam edir

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmaqda davam edir
Sakura

Xaricilərin Azərbaycan banklarındakı əmanətləri azalmaqda davam edir

Bu ilin iyul ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 15,5 mln. manat və ya 2,1% azalaraq avqustun 1-nə 714,8 mln. manat təşkil edib.

Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb. Qeyri-rezindetlərin iyul ayı ərzində manatla əmanətləri isə əksinə artıb. Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 91,8 mln. manat və ya 11,4% azalma qeydə alınıb. Avqustun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 633,1 mln. manat və ya 88,6%-i xarici, 81,7 mln. manat və ya 11,4%-i milli valyutada yerləşdirilib.

Bildirək ki, 2018-ci il iyun ayının sonuna əsasən, fiziki şəxslərin banklardakı cəmi əmanətləri 8 049,5 mln. manat təşkil edib ki, Bunun da 7 334,7 mln. manatı rezident, 714,8 mln. manatı qeyri-rezidnetlərin əmanətləridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR