Slimfit
  1. SİYASƏT

Xarici mətbuatda BMTM ekspertlərinin Azərbaycanın koronovirusla mübarizəsinə dair məqalələri yayımlanıb

Xarici mətbuatda BMTM ekspertlərinin Azərbaycanın koronovirusla mübarizəsinə dair məqalələri yayımlanıb
Sakura

Xarici mətbuatda BMTM ekspertlərinin Azərbaycanın koronovirusla mübarizəsinə dair məqalələri yayımlanıb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın və mərkəzin eksperti Vasif Hüseynovun Azərbaycanın COVİD-19 ilə mübarizəsinə dair məqalələri yayımlanıb. 

Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Aİ-nin nüfuzlu “Euractiv” portalında E.Cəfərovanın müəllifi olduğu “COVİD-19 Azərbaycanın gələcəyə optimist baxmasına mane olmur” adlı məqalədə (https://www.euractiv.com/section/azerbaijan/opinion/covid-19-doesnt-prevent-azerbaijan-from-looking-at-future-with-optimism/) Azərbaycanın enerji dövləti kimi keçdiyi yoldan, öz müstəqillik və iqtisadiyyatını möhkəmlədirmək üçün gördüyü işlər, islahatlar, Cənub Qaz Dəhlizinin Avropa enerji təhlükəsizliyinə verdiyi töhfə və Azərbaycanın bu zamana kimi əldə etdiyi nailiyyətlər fonunda dünyanı büyürən COVİD-19 epidemiyasına qarşı tez və ciddi şəkildə apardığı tədbilərdən bəhs edilir. 

Qeyd olunur ki, Azərbaycanın təkcə xam enerji ixracatçısı deyil, həm də enerji təhlükəsizliyini ixrac edən dövət kimi nüfuzu, dövlətin müxtəlif sahələri, eləcə də iqtisadiyyatının möhkəmləndirlməsi istiqamətində bu zamandək gördüyü işlər və islahatlar COVİD-19 pandemiyasının gətirdiyi sosial, iqtisadi və digər çağırışların öhdəsindən də uğurla gəlməkdə Azərbaycana kömək edəcək.

V.Hüseynovun ABŞ-ın nüfuzlu “Jamestown Foundation” düşüncə mərkəzinin portalında dərc etdiyi “Azərbaycan koronovirus böhranının təsirlərini minimuma endirməyə ümid edir” adlı yazıda (https://jamestown.org/program/azerbaijan-hopes-to-minimize-ramifications-of-coronavirus-crisis/) COVİD-19-la mübarizədə Azərbaycanın həyata keçirdiyi tədbirlər təsvir olunub. Müəllif vurğulayıb ki, virusun Azərbaycanda qeydə alındığı 28 fevral tarixindən etibarən ölkədə onun yayılmasının qarşısını alan kompleks tədbirlər görülüb. Sevindirici hal ondan ibarətdir ki, bu tədbirlər öz bəhrəsini verib və infeksiyanın yayılması əhəmiyyətli dərəcə azalıb. 

V.Hüseynov eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatının və Türk Şurasının hazırki sədri kimi pandemiya ilə mübarizədə beynəlxalq təşəbbüslərindən də bəhs edib. Türk Şurası dövlətlərinin virtual sammitinin təşəbbüskarı kimi çıxış edən Azərbaycanın qurum daxilində pandemiya ilə mübarizədə qarşılıqlı əməkdaşlığın təşkilinə mühüm töhfə verdiyi vurğulanıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR