Slimfit
  1. AZƏRBAYCAN

Xarici işlər nazirinin müavini: "Azərbaycan və Avropa İttifaqı yeni saziş mətnini mart ayına qədər razılaşdıra bilər"

Xarici işlər nazirinin müavini: "Azərbaycan və Avropa İttifaqı yeni saziş mətnini mart ayına qədər razılaşdıra bilər"
Sakura

Xarici işlər nazirinin müavini: "Azərbaycan və Avropa İttifaqı yeni saziş mətnini mart ayına qədər razılaşdıra…

 "Bir-birimizi başa düşsək və güzəştə getsək, düşünürəm ki, mart ayına qədər Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni sazişlə bağlı razılıq əldə olunacaq".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün sazişin hazırlanması və paraflanması vacibdir və yalnız bundan sonra sənəd təsdiq olunmalıdır.

M.Məmmədquliyev qeyd edib ki, Aİ-də keçiriləcək qarşıdakı seçkilərin nəticələri sazişin imzalanmasına təsir göstərməyəcək, çünki hər iki tərəf bu sənədin imzalanmasında maraqlıdır.

Xatırladaq ki, daha əvvəl Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas Avropa İttifaqının Azərbaycanla yeni sazişin mətnini "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunana qədər razılaşmağa ümid etdiyini bildirib. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR