Dərc edildi: Baxış sayı: 486
Xarici işlər naziri Vaşinqtona gedib
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vaşinqtonda səfərdədir.
Bu barədə APA-ya Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva deyib.
İyunun 20-də ABŞ paytaxtında ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəçiliyi ilə Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarov ilə Ermənistanın XİN başçısı Zöhrab Mnasakanyan görüşəcəklər.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrı-ayrılıqda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton, ABŞ dövlət katibinin müavini Con Sullivanla da görüş keçirəcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət