Slimfit
  1. AZƏRBAYCAN

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən azad edilir
Sakura

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı məlumat vermədiyinə görə cinayət məsuliyyətindən…

Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşının məlumat verməməsinə görə cinayət məsuliyyəti ləğv edilir.

Ens.az Apa.az-a istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. İndiyə qədər belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdı. Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə bir ay müddətində yazılı məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılıb.

Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklərdə xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan 318-2-ci maddəsinin dekriminallaşdırılması, bu maddənin Cinayət Məcəlləsindən çıxarılması nəzərdə tutulub. Bununla əlaqədar “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif edilən dəyişiklikdə də xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməməsinə görə Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımasına dair cümlənin çıxarılması nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR