Xarici dili on yaşına qədər öyrənməyə başlamaq lazımdır
Ens.az xəbər verir ki, dillərə olan aktiv bacarıq 18 yaşına qədər saxlanır, amma doğma dil kimi xarici dili bilmək üçün onunla uşaqlıqdan məşğul olmaq lazımdır.
Məlumdur ki, uşaqlar xarici dili böyüklərdən daha tez öyrənir - yad ölkədə olarkən uşaq yeni dildə tezliklə danışacaq, elə bil orda anadan olub. Amma uşağın yaşı neçə olmalıdır, hansı yaşa qədər xarici dili öyrənmək daha asandır?
Psixoloqların bu barədə düşünmədiklərini söyləmək olmaz. Amma yaş və dil bacarığının necə əlaqədar olduğunu öyrənmək çox çətindir. Əgər laboratoriyaya uşaqları və böyükləri sadəcə dəvət edib onlara hansısa yeni dil materialı versək onda görərik ki, böyüklər onu uşaqlardan daha yaxşı öyrənəcək. Yəni böyüklər dili daha yaxşı mənimsəyir, amma qısamüddətli perspektivdə. Yeni biliklərin nə dərəcədə möhkəm olduğunu və insanın onları gündəlik ünsiyyətdə istifadə etməyi həqiqətən bacardığını anlamaq üçün onu uzun müddət müşahidə etmək lazımdır - həftə və ya aylarla deyil, bir neçə il. Bu da hər zaman mümkün deyil.
Coş Tenenbaum (Josh Tenenbaum) və onun Harvard və Massaçusets Texnologiya İnstitutundan olan həmkarları başqa yolla getdilər - onlar müəyyən yaşda dil öyrənməyə başlayanların xarici dilin qrammatikasını nə dərəcədə yaxşı bildiyini müqayisə etməyə qərar verdilər.
Etibarlı məlumatlar əldə etmək üçün böyük sayda insandan məlumat toplamaq tələb olunurdu - ilkin hesablamalara əsasən ən azı yarım milyon. Tədqiqatçılar qrammatik səhvləri aşkar etmək lazım olan ingilis dili biliyi testi hazırladılar və onu sosial şəbəkədə paylaşdılar.
Testin darıxdırıcı görünməməsi və daha çox istəyənləri cəlb etməsi üçün ona elə məsələlər əlavə etdilər ki, orada müxtəlif ölkələrdən ingilis dilinin dialektik xüsusiyyətlərini müəyyən etmək lazım idi (məs.: yanlış qrammatikalı hansısa ifadə kanada ingiliscəsində və ya avstraliya ingiliscəsində doğru olurdu və s.).
Testin sonunda insandan bir neçə suala cavab soruşurdular: onun indi neçə yaşı var, ingilis dilini neçə yaşında öyrənməyə başlayıb, onu necə öyrənib - məktəbdə, yoxsa hansısa xüsusi kursda və ya immiqrant kimi və s. Bir neçə həftə ərzində testdən 670 min insan keçdi, bundan sonra ancaq bu məlumatların üzərində işləmək qalırdı.
Nəticədə aydınlaşdırmaq mümkün oldu ki, xarici dil qrammatikasını mənimsəmək bacarığı 17-18 yaşına qədər yüksək qalır - amma indiyə qədər hesab olunurdu ki, yeni dillərin mənimsənilməsi uşaqlıqda olmasa belə, mütləq yetkinlik dövründə zəifləməyə başlayır. Amma dili doğma dili kimi bilənlər kimi bilmək üçün 10 yaşından gec olmayaraq onu mənimsəməyə başlamaq lazımdır. Dil bacarığı 18 yaşına qədər saxlansa belə, 10 yaşından sonra dil daşıyıcıları ilə müqayisə etmək üçün elə də çox vaxt qalmır. Nəticələr tam olaraq Cognition jurnalında dərc olunub.
Əlbəttə, dil bacarığı haqqında danışmaq üçün eyni testi başqa dillər də etmək və təkcə qrammatikanın mənimsənilməsini deyil, həmçinin insanın yeni sözləri necə yadda saxlamasını və tələffüzlə bağlı işlərin onda necə olmasını analiz etmək lazımdır. Sonra tədqiqatçılar məhz bunu etməyə hazırlaşırlar.
Məhz 18 yaşından sonra xarici dillə olan məsələ pisləşir, izahatlar da müxtəlif ola bilər. Ola bilsin ki, burada bütün məsələ beyindəki dəyişikliklərdədir: neyronlar daha plastik olur və sinir zəncirləri əvvəlki kimi elə də yaxşı düzülmürlər. Digər tərəfdən, sosial-mədəni faktorları da istisna etmək olmaz: 18 yaşından sonra insan daha sərbəst yaşamağa başlayır, onda təhsil və ixtisas, iş, yaşayış yeri və s. Ilə bağlı müxtəlif qayğılar yaranır, bu zaman isə xarici dil öyrənmək prioritet məsələ olmur.
Mənbə: Elm və həyat (nkj.ru)
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət