Slimfit
  1. CƏMİYYƏT

Xaricdən sifariş verdiyimiz bağlama itirsə… - Ekspert

Xaricdən sifariş verdiyimiz bağlama itirsə… - Ekspert
Sakura

Xaricdən sifariş verdiyimiz bağlama itirsə… - Ekspert

Xaricdən sifariş etdiyimiz bağlamalar bəzən aylarla vətəndaşa çatdırılmır. Bu zaman itmiş bağlamalara görə kimin məsuliyyət daşıdığı vətəndaşların əsas maraq dairəsindədir.

Ens.az-ın məlumatına əsasən,məsələ ilə bağlı Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, itən bağlamalara görə məsuliyyət ya karqo, ya da sığorta şirkətinin üzərinə düşür:

“Bu, sifariş zamanı karqo şirkətinin saytda qeyd etdiyi müqavilələrdən asılıdır. Ya həmin itən bağlamalar sığortalanır və sığorta şirkəti tərəfindən ödənilir, ya da çatdırılma şirkəti məsuliyyəti öz üzərinə götürür və itən bağlamanın məbləğini ödəyir. Bu məsələ heç bir halda vətəndaşın məsuliyyətində qalmamalıdır”.

Natiq Cəfərli vətəndaşları xaricdən mal sifariş verərkən diqqətli olmağa çağırıb:

“Vətəndaşlar karqo şirkətləri vasitəsilə sifariş verərkən, onlayn formada təqdim olunan müqavilələrin şərtlərini diqqətlə oxuyub sonra təsdiq etməlidirlər. Lakin bəziləri buna fikir vermir. Belə hallarda bağlamayla bağlı hansısa bir problem olduqda vətəndaş istəmədiyi halda çarəsiz vəziyyətdə qalır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR