Slimfit
  1. DÜNYA

Xaricdə yaşayan 700 minə yaxın Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib

Xaricdə yaşayan 700 minə yaxın Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib
Sakura

Xaricdə yaşayan 700 minə yaxın Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunda səs verib

Xaricdə yaşayan 683 mindən çox Türkiyə vətəndaşı prezident seçkilərinin ikinci turunun ilk günündə səs verib.

Bu barədə bazar günü ölkənin Ali Seçki Şurası (YSK) məlumat yayıb.

Məlumata görə, sərhəd-keçid məntəqələrində səs verən 34 min nəfərlə birlikdə 2014-cü ildən başlayaraq xaricdəki seçki məntəqələri üzrə səsvermədə iştirak rekordu qırılıb.

Ümumilikdə, mayın 21-i günorta saatlarınadək YSK 717 min seçicini qeydə alıb.

Qeyd edək ki, şənbə günü səhərindən etibarən 73 ölkədə 156 seçki məntəqəsi açılıb. Respublikadan kənarda 3400-dən çox seçki qutusu quraşdırılıb. Seçkilərdə 3,6 milyon vətəndaş iştirak edə biləcək. Xaricdə səsvermə prosesi mayın 24-dək davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR