Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xaricdə təhsil alıb TƏBİB-in xəstəxanalarında çalışanların minimum maaşı 5 000 - 6 500 manatdır

Xaricdə təhsil alıb TƏBİB-in xəstəxanalarında çalışanların minimum maaşı 5 000 - 6 500 manatdır
Sakura

Xaricdə təhsil alıb TƏBİB-in xəstəxanalarında çalışanların minimum maaşı 5 000 - 6 500 manatdır

Xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB tabeli 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

O bildirib ki, işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6 500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5 000 manat təşkil edib.

Qeyd edək ki, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib. Proqram yaxın zamanlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə 1 il müddətinə uzadılıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR