Xaricdə təhsil alanlara hansı hallarda hərbi xidmətdən möhlət hüququ verilir?
“Ukrayna və bəzi ölkələrin bir çox universitetlərində təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi verilmir”
Bu sözləri AzEdu.az-a açıqlamasında xaricdə təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev bildirib. Onun sözlərinə görə, xaricdə təhsil almaq istəyənlərə müəyyən şərtlər çərçivəsində hərbi xidmətdən möhlət hüququ verilir:
“Xaricdə təhsil almaq istəyən oğlanlara hərbi xidmətdən möhlət hüquqi verilir. Amma bir şərtlə ki, gənclərin təhsil alacağı universitetdən qəbul sənədi olmalıdır. Onu da qeyd edim ki,bəzi hərbi komissarlıqlar qeyri-leqal gənclərdən xarici universitetə qeydiyyat olunduqları barədə sənəd tələb edirlər. Amma məlumdur ki, tələbələr universitetə getməmiş bu sənədi əldə edə bilməzlər”.
“Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri, xaricdə təhsil üzrə ekspert Sərdar Yusifoğlunun sözlərinə görə, Təhsil Nazirliyi tərəfindən tanınan xarici ölkə universitetlərinə qəbul olunduqda tələbəyə hərbi xidmətdən möhlət hüquqi verilir. Əks halda isə bu, mümkün deyil və belə bir hal hələlik, baş verməyib:
“Xarici ölkənin Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq verilən (lisenziya) universitetlərində təhsil almaq istəyənlərə hərbi xidmətdən möhlət hüquqi verilir.Onu da qeyd edim ki, 2015-ci ilin ikinci yarısı və 2016-cı ilin mart ayına qədər xaricdə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi barədə parlamentdə gərgin müzakirələr getdi. Müzakirələr zamanı xaricdə təhsil alanlara seçilmiş universitetlər üzrə hərbi möhlət verilməsi nəzərdə tutulurdu.
2016-ci ilin may ayına qədər xaricdə magistr və doktorantura üzrə təhsil alanlara hərbi xidmətdən möhlət verilməsi yox idi. Apostil qanuna qoşulan ölkələrdə ümumiyyətlə xaricdə, bakalavr, magistr və doktorantura üzrə təhsil alanlar üçün hərbi xidmətdən möhlət hüququ keçərlidir. Hərbi xidmətdən möhlət verilməsi xaricdə hazırlıq fakültəsində təhsil alanlara da aiddir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət