Dərc edildi: Baxış sayı: 687
Xaqani Şirvani - Xaqanidən yuxanda oturdunsa, nə olar
Xaqanidən yuxanda oturdunsa, nə olar,
Nə bu sənə bir hünərdir, nə də Xaqaniyə ar.
Çünki, göydə qara üzlü, pis əməlli Zühəl də,
Xoş sifətli Müştərinin üstündə tutmuş qərar*.
Harada ki, su neft ilə birləşərsə, qaydadır,
Aşağıda su yerləşər, yuxarıya neft qalxar.
Görmədinmi, xırmanda da döyüm vaxtı həmişə,
Ağır dənler alta yatar, boş saman üstə çıxar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət