Dərc edildi: Baxış sayı: 653
Xaqani Şirvani - Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş
Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş,
Üz tutub, söz deyirəm qüdrətli bir ustada.
O yüksəlmiş söz ilə həqqiqətin fövqünə,
Ən uca mənsəb ona nəsib olmuş dünyada.
Nə cürətlə, bilmirəm, ona namə yazıram,
Onun yanında kiməm, adım şair olsa da?
Hanı məndə yağmağa hazırlaşan o bulud?
Hanı elə qılınc ki, zəfər çala davada?
Tale mənim təbimi etsə də söz çeşməsi,
Tapmadım qiymət verən, əfsus ki, istedada!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət