Dərc edildi: Baxış sayı: 783
Xaqani Şirvani - İsminin zikrində dastan tapmışam
İsminin zikrində dastan tapmışam
Mən bu adla abi-heyvan tapmışam
Hər öpəndə kuyinin torpağı
Eylə billəm ətrdən can tapmışam
Asitanəndə durub, bir qul kimi ,
Asimanə yüksəlib, şan tapmışam
Sən hüma adlandıran gündən məni ,
Mən qidam üstxandan tapmışam
Qəm torundan, rəhm qıl, qurtar məni
Aşiyan şövqünü çoxdan tapmışam
Əldəki sərmayəm eşqindir sənın ,
Ömrdən, hərçənd, nöqsan tapmışam
Aşiqəm, aşiqlərin xaqanıyam
Söz atı altımda cövlan tapmışam
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət