Dərc edildi: Baxış sayı: 712
Xaqani Şirvani - Hər gecə göylərin yüksək qatına
Hər gecə göylərin yüksək qatına,
Xaqaninin ahı qalxıb, ucalar.
Doğmuşsa ruzigar onu, yenə də,
Sındırır qəlbini yenə ruzigar.
Şüşə yaransa da daş parçasından,
Lakin daş şüşəni asan parçalar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət