Slimfit
  1. TEXNOLOGİYA

Xaominin əyilə bilən smartfon modelinin görüntüləri yayıldı

Xaominin əyilə bilən smartfon modelinin görüntüləri yayıldı
Sakura

Xaominin əyilə bilən smartfon modelinin görüntüləri yayıldı

Cihazın ekranı faktiki olaraq 3 hissədən ibarətdir

Məşhur insayder Evan Blass, Xiaomi şirkətinin adı bilinməyən əyilə bilən ekrana sahib smartfon modelinin videosunu təqdim edib.

AzNews.az məlumat verir ki, cihazın özü isə artq mövcud olan analoqlardan tamamilə fərqlənir.

“Bu cihazın və ya videonun saxta olub-olmaması barəsində bir söz deyə bilmərəm. Lakin bu smartfonun Xiaomi-yə məxsusluğu güman edilir” – deyə Evan Blass bildirib.

Videodan da görmək olar ki, tam açıq şəkildə cihaz böyük ekran ölçüsünə sahibdir və bir qədər kompakt planşeti xatırladır.

Maraqlısı ondadır ki, cihazın ekranı faktiki olaraq 3 hissədən ibarətdir. Onlardan ikisi arxa tərəfə əyilə bilir.

Əyilmiş vəziyyətdə isə cihaz adi smartfonu xatırladır. Bu baxımdan smartfonun dizaynı keçən il təqdim olunmuş FlexPai smartfon modelindən və Samsung-un əyilə bilən ekranlı smartfon prototipindən fərqlənir. Xiaomi şirkətinin ilk əyilə bilən smartfon modelinin texniki göstəriciləri və təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur. Heç istisna deyil ki, nəticə etibarilə şirkət tamamilə fərqli dizayna sahib əyilə bilən smartfon modelini təqdm edə bilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR