Slimfit
  1. CƏMİYYƏT

Xanlar Vəliyev: “Qeydə alınmış cinayətlərin 99,8 faizi açılıb”

Xanlar Vəliyev: “Qeydə alınmış cinayətlərin 99,8 faizi açılıb”
Sakura

Xanlar Vəliyev: “Qeydə alınmış cinayətlərin 99,8 faizi açılıb”

“İşçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb”.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu Hərbi Prokurorluqda geniş kollegiya iclası zamanı Hərbi prokuror Xanlar Vəliyev deyib.

Xanlar Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.

“2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub”, - deyə o qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR