Dərc edildi: Baxış sayı: 386
Xankəndidə erməni sakinlərlə görüş gözlənilir
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu gün Xankəndi şəhərində Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri və erməni sakinlər arasında növbəti görüş gözlənilir.
Xatırladaq ki, bu, sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirdiyi lokal antiterror tədbirlərindən sonra sayca dördüncü görüş ola bilər.
Bundan əvvəl ilk dialoq Yevlaxda, ikincisi Xocalıda baş tutub. Üçüncü görüş sentyabrın 29-da yenidən Yevlaxda təşkil olunub.
Görüşlərdə humanitar məsələlər, Qarabağın erməni sakinlərinin reinteqrasiyası və bu xüsusda, Azərbaycanın təqdim etdiyi reinteqrasiya planı ətraflı müzakirə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət