Slimfit
  1. HƏRB

Xankəndidə doğum evinin “vurulması” yalanının ifşası

Xankəndidə doğum evinin “vurulması” yalanının ifşası
Sakura

Xankəndidə doğum evinin “vurulması” yalanının ifşası

S.Nəcəfov yazır ki, ukraynalı hərbi-siyasi ekspert Aleksandr Kovalenko “Odesskiy Kuryer” nəşrində erməni tərəfinin guya Xankəndidəki doğum evinin “atəşə tutulması” ilə bağlı saxtakarlığını ifşa edib.

Ermənistanın dünən və bu gün erməni ordusu tərəfindən Azərbaycanın Bərdə şəhərinin dinc sakinlərinə qarşı törədilən, kasset mərmilərindən istifadə nəticəsində 21 nəfərin öldüyü, 70 nəfərin yaralandığı terror aktına bəraət qazandırmaq cəhdi növbəti dəfə alınmayıb.

Kovalenko yazır ki, bu gün rus və erməni təbliğatçıları Azərbaycan, bir qədər sonra dəqiqləşdirmə ilə türk aviasiyasının guya Xankəndidə doğum evinə zərbə endirməsi barədə saxta xəbəri kütləvi şəkildə yaymağa başladılar. Ermənilər iddia edir ki, guya zərbələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi əmri ilə Türk F-16 qırıcıları tərəfindən həyata keçirilib.

“Bu informasiyanın erməni hərbçilərinin “Smerç” reaktiv yaylım atəş sistemi vasitəsilə dinc əhali arasında çox sayda itkilərə səbəb olan Azərbaycanın Bərdə şəhərinə zərbə endirməsi ilə eyni anda ortaya çıxması vacibdir. Aydındır ki, F-16-ların Xankəndidəki doğum evinə hücumu barədə məlumatı informasiya meydanında erməni ordusunun qanlı cinayətini ört-basdır etmək üçün buraxılıb. Ancaq bu feyk xəbər də rus təbliğatçıların bir çox cəhdləri qədər anlamsız oldu.

Birincisi, Xankəndidəki doğum evinin vurulmasına dair yalnız əsassız açıqlamalar deyil, ilk fotoşəkillər ortaya çıxan kimi məndə bir dissonans yarandı. Rus və erməni məbələrinin məlumatlarında doğum evinə zərbə barədə danışılanda ağıla həmin an insanların təşviş içində olduğu, tüstüyə qərq olmuş palatalardan doğuş etmiş qadınların qaçması gəlir.

Elə həmin an bizə hansısa boş, elementar mebelləri belə olmayan və dağılma anında sanki təmirə bağlanmış kimi görünən yer nümayiş etdirilir. Yəni, kobud şəkildə desək, həmin binalarda yaşayış olmayıb.

İkincisi və ən maraqlısı budur ki, xəstəxanaya atıldığı iddia edilən həmin bombanın başlığı bizə göstərildi. Ancaq məsələ də elə burasındadır, əraziyə düşdükdən sonra bu qədər yaxşı qalan bombalarda başlıq qalmır, ancaq bizə göstərilən isə Ermənistan ordusunun arsenalında olan zenit-raket komplekslərində, həmin TOR-M2KM-lərdə istifadə edilən 9M33 idarəolunan zenit raketinin başlığıdır.

Erməni HHM sistemləri Xankəndi hava məkanında, bəlkə də hansısa pilotsuz uçuş aparatının sızmasına əngəl olmaq istəyib və idarəolunan zenit raketdən istifadə edib.

Məhz xəstəxana binası üzərində idarəolunan zenit raketin partlayışı baş verib, parçaları binanın üzərinə düşüb. Hansı ki, bu partlayış binaya bomba partlayışından sonra dəyə biləcək ziyana bənzəməyən bir zərər vurub.

Xüsusi qeyd: Erməni mənbələrinin bu il 8 sentyabrda yazdığı xəbərə görə, doğum evi bu il oktyabr ayının sonunda açılacaqdı.

Mənbə: Musavat.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR