Xanım şahmatçımız ikinci dəfə erməni idmançını məğlub edib
Xəbər verdiyimiz kimi, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sürətli şahmat (rapid) üzrə dünya çempionatı başa çatıb.
Oxu.Az xəbər verir ki, son beş turda üç qələbə qazanan və iki heç-heçə edən Şəhriyar Məmmədyarov 10,5 xalla dünya çempionatının gümüş medalını qazanıb.
Bəs digər iştirakçılarımız dünya çempionatında hansı nəticəni göstərib?
14-cü turda Tiqran Petrosyana uduzan Qədir Hüseynov doqquz xalla 37-ci yeri tutub.
Rauf Məmmədov isə bacarığından daha aşağı çıxış edərək səkkiz xalla 77-ci olub.
Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci olub.
Günay Məmmədzadə yeddi xalla 39-cu yeri tutub.
Zeynəb və Türkan Məmmədyarova bacıları isə 5,5 xal toplayıb. Onlar müvafiq olaraq 76 və 79-cu yerdə dünya çempionatını başa vurublar.
Onu da bildirək ki, beşinci turda erməni Elina Danielyana qalib gəlmiş Günay Məmmədzadə 11-ci turda Lilit Mkrtçyanı da məğlubiyyətə uğradıb.
Xanımların mübarizəsində çinli Cu Vencun on xalla dünya çempionu olub. İranlı Sarasədət Xademalşəriə və rusiyalı Aleksandra Qoryaçkinadoqquz xalla müvafiq olaraq gümüş və bürünc medalları qazanıb. Dünya reytinqində ilk sırada olan ukraynalı Anna Muzıçuk isə dördüncü yeri tutub.
Qeyd edək ki, bu gün Sankt-Peterburqda blitz üzrə dünya çempionatına start veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət