Slimfit
  1. MEDİA

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu
Sakura

Xanım sahibkarlar üçün müsabiqənin qalibləri müəyyən oldu

Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən 2 ay müddətində həyata keçirilən “WE2019 Xanım sahibkarlar üçün müsabiqə”nin nəticələri açıqlanıb.

Ümumilikdə 161 müraciətin toplandığı müsabiqənin təqdimat mərhələsində iştirak edən 11 sahibkar xanım arasından 4 nominasiya üzrə qaliblərin adları münsiflərin səsverməsi ardından açıqlanıb. Belə ki, “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” - “Cuisine Chez Billura” brendi ilə Billurə Bernard, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olub.

Müsabiqənin qalibi olan sahibkar xanımlar, baş tutan mükafatlandırma mərasimində AzərTürkBank tərəfindən "Gold Card”, Azərbaycanlı dizaynerlər tərəfindən hazırlanmış ekskluziv hədiyyələr və hər bir sahəyə uyğun olaraq BƏƏ, RusiyaTürkiyəyə işgüzar səfərlərdə iştirak haqqı ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi  və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az”-dır. 

Müsabiqə haqqında ətraflı məlumat almaq üçün: https://we.youthinc.az

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR