Xanım prezident Ərdoğandan papaya şikayət etdi: “Kömək edin”
Yunanıstan Prezidenti Katerina Sakellaropulu Roma Papası Fransiskə zəng edib.
Ens.az Telegraf.com-a istinadən xəbər verir ki, telefon danışığında Ayasofya kafedralına Türkiyə hökuməti tərəfindən məscid statusunun verilməsi müzakirə edilib.
Xanım prezident məlum qərara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan papaya şikayət edib və ondan kömək istəyib.
O, Ayasofyanın status məsələsinin Türkiyənin daxili işi olmadığını deyib və bundan əvvəl dəstək açıqlamasına görə, Roma papasına təşəkkür edib.
Sakellaropulu ilə razı olduğunu deyən Papa Fransisk Prezident Rəcəb Tayyib Ərdoğanın qərarının siyasi olduğunu vurğulayıb. Habelə, qərarın nəzərdən keçirilməsi üçün səylərini davam etdirəcəyini xanım prezidentin diqqətinə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət