Slimfit
  1. DÜNYA

Xamneyidən raket hücumu ilə bağlı açıqlama: "Amerikanın sifətinə sillə vurduq"

Xamneyidən raket hücumu ilə bağlı açıqlama: "Amerikanın sifətinə sillə vurduq"
Sakura

Xamneyidən raket hücumu ilə bağlı açıqlama: "Amerikanın sifətinə sillə vurduq"

İranın ali dini rəhbəri Ayətullah Əli Xamneyi ABŞ hərbi bazasına raket zərbələrindən sonra xalqa müraciətlə çıxış edib.

Hücum İran generalı Qasım Süleymaninin İraqda ABŞ aviasiyası tərəfindən öldürülməsinə cavab olaraq həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, Xamneyi ABŞ hərbi bazalarına hücumun "uğurlu" olduğunu bildirib: "İran sülhsevər ölkədir və heç bir dövlətlə gərginliyə can atmır. Biz dünya quldurları ilə hesab çəkməyə hazırıq".

İran televiziyasının məlumatına görə, hücum zamanı 80 ABŞ hərbçisi öldürülüb, 200 nəfər yaralanıb, həmçinin ABŞ-ın helikopterləri də daxil olmaqla hərbi texnikasına ağır zərbə vurulub. 

Hədəfə çatmayan İran raketi 

Amma ABŞ insan itkiləri ilə bağlı iddiaları rədd edib. "Los Angeles Times" qəzeti hökumət rəsmilərinə istinadən xəbər verib ki, ABŞ hərbçiləri İrandan atılan raketləri real rejimdə anbaan izləyiblər və raketlər hədəfə çatana qədər hərbçilər sığınacaqlara yerləşiblər.

Hədəfə çatmayan İran raketi

Xamneyi çıxışı zamanı bildirib ki, ABŞ regiondan hərbi qüvvələrini çıxarmalıdır. O həmçinin İranın raket zərbələrini "Amerikanın sifətinə sillə" adlandırıb: "Belə hərbi tədbirlər yetərli deyil. Vacib olanı odur ki, ABŞ-ın regionda zərərli iştirakına son qoyulsun."

Xamneyi həmçinin ABŞ-la nüvə danışıqlarının bərpasını da mümkünsüz adlandırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR