Dərc edildi: Baxış sayı: 477
Xamenei iclas keçirdi, tapşırıq verdi: İctimaiyyətə açılsın!
İran Ali dini lideri Əli Xamenei hökumətə Ukrayna təyyarəsinin vurulmasıyla bağlı təhqiqatın nəticələrinin ictimaiyyətə açıqlanması üçün tapşırıq verib.
Axar.az xəbər verir ki, bu məlumatı İranın İRİB dövlət kanalı yayıb. Televiziya Xameneinin təyyarənin vurulmasından dərhal sonra fövqəladə iclas çağırdığını və bu barədə tapşırığı bu iclasda verdiyini bildirib.
Qeyd edək ki, bundan öncə İran Ukraynanın sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət