Dərc edildi: Baxış sayı: 483
Xamenei “həll yolu” təklif etdi: Cihad və müharibə!
Fələstinlilər gərək İsrailə qarşı müharibə başlatsınlar.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Ali Dini lideri Əli Xamenei paylaşıb. O, fələstinlilərin ABŞ-ın təqdim etdiyi “əsrin müqaviləsi”nə qarşı cihad elan etməli olduğunu bildirib:
“Onlar öz sui-qəsdlərini silah və rüşvət köməyi ilə reallaşdırmağa cəhd edəcəklər. Həll nədir? Həll fələstinlilərin cəsarətli müqaviməti, düşmən sionistlər və ABŞ-ı cihadın köməyi ilə qovmasıdır”, – deyə o bildirib.
O, bütün müsəlman dünyasının bu müqavimətə dəstək göstərməli olduğunu deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət