Dərc edildi: Baxış sayı: 6397
Xaltanlı Tağı - Bənzərsən
Bir yaşından beş yaşına çatanda,
Yenicə açılmış gülə bənzərsən.
Beş yaşından on yaşına çatanda
Andan kesilmiş bala bənzərsən.
On dördündə sevda enər başına,
On beşində yuva qonar döşünə.
Çünki yetdin iyirmi dörd yaşına
Yazda boz-bulanıq selə bənzərsən.
Otuzimda kəklik kimi səkərsən,
İgidlik eyləyib qanlar tökərsən.
Qırx yaşmda haramdan el çəkərsən,
Sonası ovlanmış gölə bənzərsən.
Əlli yaşda əlif qəddin bükülər,
Altmışında azı dişin tökülər.
Yetmişində qolun-qıçın bükülər,
Karvanı kəsilmişyola bənzərsən.
Səksənində ağn enər dizinə,
Doxsanında qubar qonar gözünə,
Tağı deyər: çünki yetdin yüzünə
Dağlar başındakı kola bənzərsen.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət