Slimfit
  1. DÜNYA

İran prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bildirdi

İran prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bildirdi
Sakura

İran prezidenti ABŞ ilə bərabərhüquqlu dialoqa hazır olduğunu bildirdi

İran Prezidenti Məsud Pezeşkian Tehranın Vaşinqtonla bərabərhüquqlu dialoqa hazır olduğunu bəyan edib.

Ens.az Teleqraf.Az-a istinadən xəbər verir ki, bu barədə "Al Arabia" məlumat yayıb .

Nazirlər Kabineti üzvləri qarşısında çıxış edən M.Pezeşkian İslam Respublikasının qarşılıqlı hörmət əsasında danışıqlar aparmaq istəyini vurğulayıb.

O deyib: "İran İslam Respublikası bərabər şərtlərlə dialoq istəyir. Əgər danışıqlar istəyirsənsə, hədələmənin nə mənası var?".

Dövlət başçısı ABŞ-nin xarici siyasətini də pisləyib və deyib ki, Amerika təkcə İranın suverenliyini tapdalamır, həm də bütün dünyanı təhqir edir.

Bununla belə, o, Tehranın Vaşinqtonla birbaşa danışıqlarda iştirak edib-etməyəcəyini dəqiqləşdirməyib .

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR