'Xalqlar Dostluğu' metrostansiyasında qatarların hərəkətində problem yaranıb
Metronun "Xalqlar Dostluğu" stansiyasında qatarların hərəkətində problem yaranıb. "Report" xəbər verir ki, bu səhər saat 8 radələrində "Həzi Aslanov"- "İçəri Şəhər" İstiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb. Faktı "Report"a təsdiq edən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib ki, hazırda hərəkət bərpa edilib:
"Qatarda baş verən texniki nasazlıq nəticəsində təxminən 8 dəqiqəlik fasilə yaranıb. İki qatar arasında olan intervalı da nəzərə alsaq bu 12-14 dəqiqəlik fasilə deməkdir. Texniki nasazlıq baş verən qatar stansiyada sərnişinləri boşaldıb və depoya yola salınıb. Onun yerinı isə xəttə əlavə qatar verilib. Hazırda qatarların hərəkəti bərpa edilib. Amma qrafikin tam normaya düşməsi üçün müəyyən qədər vaxt lazımdır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət