Slimfit
  1. MƏDƏNİYYƏT

Xalq rəssamı Əşrəf Heybətov: Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların əsərləri nümayiş edilməyib

Xalq rəssamı Əşrəf Heybətov: Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların əsərləri nümayiş edilməyib
Sakura

Xalq rəssamı Əşrəf Heybətov: Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların…

YUNESKO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri", Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətovun yaradıcılığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. 2006-cı il martın 13-də Prezident İlham Əliyevin sərəncamı ilə dünya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə "Tərəqqi" medalı ilə təltif olunub, 2018-ci il mayın 27-də isə Azərbaycanın Xalq rəssamı fəxri adına layiq görülüb.

Onun yaradıcılığının əsas mövzusu Azərbaycan və xalqın milli adət-ənənələridir. Odur ki, rəssam mədəniyyət və incəsənətimizi dünyada tanıdır. Əslən içərişəhərli olan Ə.Heybətov öz əsərlərinin çoxunda Bakının bu qədim hissəsindəki doğma dar küçələri təsvir edib. Almaniyanın Koblents şəhərində yaşayan həmyerlimiz rəssamlıq sənətindən həm də təbliğat vasitəsi kimi istifadə edir.

Xalq rəssamı Əşrəf Heybətov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə bildirib ki, onun əsərləri beynəlxalq təşkilatların təşkil etdiyi tədbirlərdə sərgilənir:

"Mənim əsərlərim BMT, Avropa Şurası, NATO, Vatikanda təşkil olunan tədbirlərdə nümayiş edilir. Müsəlman ölkəsindən olan yeganə rəssamam ki, Vatikanda sərgim açılıb. Konrad Adenauer Fondunda sərgim olub. Missiyam Azərbaycanı təbliğ etməkdir. Bu, Əşrəf Heybətovun deyil, Azərbaycan rəssamının sərgiləridir. Çalışıram elə məkanlarda sərgilər açım ki, orada hələ bizim rəssamların əsərləri nümayiş edilməyib. Məsələn, Malta, Palermo və Lixtenşteyn knyazlığında sərgilərim təşkil olunub. Həmin tədbirlərdə Azərbaycan bayrağı qoyulur, musiqimiz səslənir".

Xalq rəssamı qeyd edib ki, mədəniyyət və incəsənətdə qazanılan bütün uğurlar Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın diqqət və qayğısının nəticəsidir: "Mən cənab Prezidentə çox minnətdaram. Mənə çox yüksək qiymət verir. Həmçinin birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan mədəniyyət və incəsənətinə diqqət və qayğı göstərirlər. Bakıya gələndə ürəyim açılır, şəhər günü-gündən gözəlləşir. Bütün bunlar dövlət başçımızın fəaliyyəti nəticəsində mümkün olur".
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR