Slimfit
  1. İQTİSADİYYAT

“Xalq Bank”ın əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü

“Xalq Bank”ın əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü
Sakura

“Xalq Bank”ın əməkdaşları Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat köçürdü

Azərbaycanın ən böyük özəl banklarından biri olan “Xalq Bank”ın kollektivi bəşəriyyət üçün böyük təhlükə yaradan COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

“Xalq Bank”ın əməkdaşları koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq üçün həyata keçirilən tədbirlərə maliyyə dəstəyi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 000 manat vəsait toplayıblar.

“Xalq Bank” yarandığı gündən öz fəaliyyətində korporativ sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq cəmiyyətə faydalı olmağı, iqtisadiyyata dəstək verməyi, ölkə əhalisinin maraqlarını və xalqımızın ali dəyərlərini qorumağı özünə borc sayır.

Bu mürəkkəb günlərdə “Xalq Bank” internet bankçılıq sistemi vasitəsi ilə müştərilərə fasiləsiz olaraq bank xidmətlərini təqdim etməkdə davam edir.  

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR