Xalq artistinin səhhətindən yeni xəbər
Bir müddətdir ki, Respublika Diaqnostika Mərkəzində müalicə alan xalq artisti Ofeliya Sənani artıq evə buraxılıb.
Bu barədə Kult.az-a xalq artistinin özü məlumat verib. O bildirib ki, artıq evdədir və müalicəni evdə davam etdirir:
“Hər şey bir gecənin içində oldu. Mənim çoxdan böyrəklərimdə problem olub. Uzun illərdir buna görə dərmanlar qəbul edirdim. 90-cı ilə qədər Moskvada çox yaxşı müalicə almışam və müalicələrdən sonra özümü yaxşı hiss edirdim. Daimi olaraq ayaq üstə idim, verilişlərdən çıxıb dublyajlara girirdim. Hiss eləmirdim ki, məndə qan təzyiqi var. Amma bu hadisədən sonra daha da ağırlaşmışam. Təsəvvür edin, bütün günü gəzən, hərəkət edən biri, indi ancaq yatır, evdən çölə çıxmır”.
Xalq artisti bildirib ki, xəstəxanaya hipertonik kriz diaqnozu ilə aparılıb, daha sonra ürəyində problemlər aşkarlanıb:
“Ürəyimdə bir az qüsur var idi, hərdən də ağrılarım olurdu, amma fərqinə varmırdım. Xəstəxanada müayinələrdən sonra həkimlər damar tutulması diaqnozu qoydu. Amma şükürlər olsun ki, əməliyyata ehtiyac olmadan müalicə ilə keçib gedəcək. İndi buna görə də hazırda ev şəraitində müalicə alıram. Özümü indi yaxşı hiss edirəm”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət