Slimfit
  1. MƏŞHURLAR

Xalq artistinin ayağı amputasiya oluna bilər

Xalq artistinin ayağı amputasiya oluna bilər
Sakura

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib

Xalq artisti Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirilib.

Kult.az xəbər verir ki, bu barədə “Bizimləsən” verilişində aparıcı Zaur Baxşəliyev deyib. Efir vasitəsilə Ramiz Əzizbəyli ilə telefon bağlantısı yaradan aparıcı onun səhhəti barədə məlumat alıb:

“Yaxşıyam. Klinikada müalicə alıram”, - R.Əzizbəyli bildirib.

Danışmaqda çətinlik çəkən xalq artisti daha sonra dəstəyi qızına verib. R.Əzizbəylinin qızı Xədicə atasının bir neçə ildir insultdan əziyyət çəkdiyini deyib:

“Damarlarında tıxanma var. Bir neçə gün bundan əvvəl öyrəndik ki, barmağında yavaş-yavaş qanqrena başlayıb. Ona görə də klinikaya gətirdik. Məlum oldu ki, damarları 80 faizdən çox tıxanıb. Həkimlər ümidverici danışırlar. Deyirlər ki, damarlara stend qoyulsa, yaxşı olacaq. Eyni problem hər iki ayağında var. Bir ayağının vəziyyəti lap pisdir. Həkim deyir ki, ayağı 80-90 faiz amputasiya olunmalıdır. İstəyirik ki, stend qoyulsun və buna ehtiyac qalmasın. Bir ayağına 5000 manata stend qoyulub. Öz imkanlarımız daxilində pulunu ödədik. Lakin bundan sonrası üçün maddi çətinliyimiz var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR