Slimfit
  1. AZƏRBAYCAN

Xalq artisti 75 yaşını səhnədə keçirdi

Xalq artisti 75 yaşını səhnədə keçirdi
Sakura

Xalq artisti 75 yaşını səhnədə keçirdi

Xalq artisti Hacı İsmayılov 75 yaşını teatrda qeyd edib. “Qafqazinfo” xəbər verir ki, o, ötən gün rol aldığı “Qəribə, çox qəribə əhvalat” tamaşası ilə Akademik Milli Dram Teatrının səhnəsinə çıxıb. 

Doğum gününü qeyd edən aktyoru izləyənlər arasında Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov və başqaları olub. 

Tamaşadan sonra Azərbaycan Teatr Xadimləri İttifaqının sədri adından yubilyara təbrik məktubu və hədiyyə təqdim olunub. Nazir Əbülfəs Qarayev Hacı İsmayılovu 75 illiyi münasibətilə təbrik edərək Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 21-də sənətkarın “Şöhrət” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını diqqətə çatdırıb.

 


Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR