Slimfit
  1. CƏMİYYƏT

“Xaliq Faiqoğlu” şirkəti Bakıya gətirdiyi müasir avtobusları təqdim edib

“Xaliq Faiqoğlu” şirkəti Bakıya gətirdiyi müasir avtobusları təqdim edib
Sakura

“Xaliq Faiqoğlu” şirkəti Bakıya gətirdiyi müasir avtobusları təqdim edib

“Xaliq Faiqoğlu” şirkəti avtobus parkının yenilənməsi istiqamətində arcıdıl layihələr icra edir. Bu məqsədlə şirkətlə “Paşa Bank” ASC arasında imzalanmış irihəcmli kredit müqaviləsinin ilk mərhələsinin icrası çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətindən alınmış 25 ədəd 12 metrlik “İsuzu Citiport” markalı avtobusların təqdimat mərasimi keçirilib. Tədbirdə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral, “Anadolu İsuzu” şirkətinin rəhbərliyi, Bakı Nəqliyyat Agentliyinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də “Xaliq Faiqoğlu” şirkətinin heyəti iştirak edib. 

Tədbiri giriş sözü ilə açan “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov Prezident İlham Əliyevin sahibkarlara verdiyi dəstəkdən söz açıb və dövlət başçısının özəl sektorun inkişafına verdiyi əhəmiyyəti vurğulayıb. Prezidentin verdiyi dəstəyin sahibkarlar üçün böyük stimul olduğunu qeyd edən Faiq Seyidov rəhbərlik etdiyi şirkət tərəfindən Bakı şəhərinə yeni gətirilmiş avtobuslarla bağlı məlumat verib. O, şirkət tərəfindən sərnişindaşıma fəaliyyətinin müasirləşdirilməsi, xidmət keyfiyyətinin artırılması, insanların rahat və təhlükəsiz daşınması istiqamətində daim müxtəlif layihələrin icra edildiyini bildirib. Qeyd edilib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldıqdan sonra paytaxt ərazisində ictimai nəqliyyatın müasirləşdirilməsi istiqamətində böyük islahatlar həyata keçirilib. Təsadüfi deyil ki, BNA tərəfindən yaradılmış şəffaf mühit daşıyıcı şirkətlərə fəaliyyətlərini müasirləşdirmək, avtobus parkını yeniləmək baxımından geniş imkanlar yaradıb. Bakı şəhərində ən böyük özəl daşıyıcı şirkət olan "Xaliq Faiqoğlu" şirkəti BNA-nin çağırışına ilk qoşularaq 2016-cı ildən istismarındakı marşrut xətlərində elektron ödəniş sisteminə qoşulub. Həmçinin şirkət BNA-nin tələblərinə uyğun olaraq avtobus parkını ekoloji standartlara cavab verən müasir avtobuslarla yeniləməkdədir. Belə ki, son olaraq paytaxtımıza gətirilən "İsuzu Citiport" markalı bu avtobuslar Avro-6 standartlarına cavab verir. “Sevindirici haldır ki, nüfuzlu beynəlxalq maliyyə institutları "Xaliq Faiqoğlu" şirkəti ilə əməkdaşlığa maraq göstərir, yeni layihələrin maliyyələşməsində yaxından iştirak etmək istəyirlər”, deyə, Faiq Seyidov əlavə edib.

Daha sonra çıxış edən Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoral Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinə toxunub və “Xaliq Faiqoğlu” şirkətinin uzun müddətdir qardaş ölkə şirkətləri ilə əməkdaşlıq etdiyini qeyd edib. O, yeni avtobusları idarə edəcək sürücülərə, eləcə də texniki heyətə işlərində uğurlar arzulayıb və idarə etdikləri nəqliyyat vasitələrini, həmçinin sərnişinlərin təhlükəsizliyini daim qorumağı tövsiyə edib. 

Tədbirdə çıxış edən digər qonaqlar da yeni avtobuslar, sərnişindaşımanın keyfiyyətinin artırılması, həyata keçirilən layihələr və sair barədə fikirlərini bildiriblər. 

Sonda avtobuslara baxış keçirilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, “Xaliq Faiqoğlu” şirkətinin mülkiyyətində 300-dən artıq avtobus nəqliyyat vasitələri var ki, son icra edilmiş layihələrlə avtobus parkının əhəmiyyətli hissəsi yenilənib. Şirkət avtobus parkının yenilənməsi ilə bağlı layihələrin həyata keçirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatları ilə də əməkdaşlıq edir və ölkəmizə xarici investisiyanın cəlb edilməsində fəal iştirak edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR