Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Xaliq Əzizzadə Həsən oğlu

Xaliq Əzizzadə Həsən oğlu
Sakura

Doğum tarixi : 27 avqust 1996 Vəfat tarixi: 2 aprel 2016 (19 yaşında)

Xaliq Həsən oğlu Əzizzadə (d. 27 avqust 1996; Şərur, Azərbaycan - ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı

Xaliq Əzizzadə 1996-cı ilin 27 avqust günündə Şərur şəhərində anadan olub. Xaliq Əzizzadə Xətai rayonunda yerləşən M. Hacıyev adına 116 saylı tam orta məktəbi bitirib.

Hərbi xidməti

Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 6-sı isə Xaliq Əzizzadə Bakı şəhərinin Xətai rayonunda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Əzizzadə uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinsərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR