Slimfit
  1. AZƏRBAYCAN

Xalça Muzeyində görmə qabiliyyəti məhdud olan insanlara sertifikatlar verilib

Xalça Muzeyində görmə qabiliyyəti məhdud olan insanlara sertifikatlar verilib
Sakura

Xalça Muzeyində görmə qabiliyyəti məhdud olan insanlara sertifikatlar verilib

Fevralın 28-də Azərbaycan Xalça Muzeyində açılan və görmə qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə tutulan “Tarixə və ənənəyə toxunuş” sərgisinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovsuz xalçaların toxunması üzrə muzeyin ənənəvi texnologiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən ustada dərslərinin iştirakçılarına sertifikatlar verilib.

Qeyd edək ki, ölkəmizdə ilk sosial layihə olan sərgi fevralın 1-dən etibarən Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun təşkilatçılığı ilə reallaşıb. Fevral ayı ərzində ziyarətçilərin ixtiyarına verilən layihə “ASAN” Radio, “ASAN” Könüllülük Məktəbi və “British Council”ın dəstəyi ilə təşkil olunub.

Sərgiyə dünya muzeylərinin məşhur eksponatlarının surətləri, gips miniatürlər, qədim yunan alimləri və mifik qəhrəmanların kiçik büstləri daxil idi. Onlar arasında xovlu xalçalarla yanaşı, xovsuz xalçaların palaz, kilim, şəddə, zili kimi növləri görmək mümkündür. Hər bir xalça növünün toxunuş müxtəlifliyini görmə qabiliyyəti məhdud olan insanlar taktil (toxunma) üsulla duya bilir. Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar də əlavə olunmuşdu. Həmin audioyazı və materiallar Azərbaycan və ingilis dillərində təqdim edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İstanbulun təyyarədən görünüşü

Redaktor seçimi

SON XƏBƏRLƏR