Slimfit
  1. CƏMİYYƏT

"Xahiş edirəm, gəlin bunu yozmayaq" - İşdən çıxarılan Arzu Rəhimov

"Xahiş edirəm, gəlin bunu yozmayaq" - İşdən çıxarılan Arzu Rəhimov
Sakura

"Xahiş edirəm, gəlin bunu yozmayaq" - İşdən çıxarılan Arzu Rəhimov

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Manset.az-ın əməkdaşı general-polkovnik Arzu Rəhimovla əlaqə saxlayıb. O, vəzifəsindən azad edilməsinə münasibət bildirib:

"Cənab Prezident məni işdən azad edibsə, deməli belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq. Mən jurnalistlərlə dost olmuşam. Mətbuat nümayəndələrindən də xahiş edirəm ki, elə dost da qalaq”.

"Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi" sualına sabiq xidmət rəisi qısa cavab verib:

"Qardaşım, biz hüquqi dövlətdə yaşayırıq. Kim ki, qanunvericiliyimizi pozursa, qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR