Dərc edildi: Baxış sayı: 436
Xaçmazın İcra başçısı əşyalarını yığıb gedir
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən istefa verən Şəmsəddin Xanbabayev hazırda əşyalarını yığışdırır.
KONKRET.AZ-ın bölgə müxbirinin verdiyi məlumata görə, onun xidməti otağında olan əşyaların daşınması üçün maşın da çağırılıb.
Qeyd edək ki, 81 yaşlı icra başçısının istəyinin qəbul olunduğu və vəzifəsindən azad olunacağı ilə bağlı sərəncamın yaxın vaxtlarda açıqlanacağı gözlənilirdi. Artıq yerinə ən gənc təyinat da var.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət