Slimfit
  1. İQTİSADİYYAT

Xaçmaz rayonunda mal-qara qarayara xəstəliyinə qarşı peyvənd olunur

Xaçmaz rayonunda mal-qara qarayara xəstəliyinə qarşı peyvənd olunur
Sakura

Xaçmaz rayonunda mal-qara qarayara xəstəliyinə qarşı peyvənd olunur

Xaçmaz rayonunda 1500 baş iribuynuzlu heyvandan qan nümunəsi götürülüb, 20 min baş iribuynuzlu və 500 baş təkdırnaqlı qarayaraya qarşı peyvənd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanvarın əvvəllərindən başlayaraq rayondakı şəxsi və fermer təsərrüfatlarında brusellyoza qarşı seroloji müayinələr və qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.

Heyvanlardan alınan qan nümunələri baytarlıq laboratoriyalarında yoxlanıldıqdan sonra nəticələri barədə 2-3 gün ərzində fermerə məlumat verilir. Əgər virus aşkarlanarsa, xəstə heyvan müvafiq qaydada təsərrüfatdan kənarlaşdırılır.

Xaçmaz Rayon Baytarlıq İdarəsinin rəisi Şirzad Mahmudov bildirib ki, təsərrüfatlarda aparılmış müayinələr zamanı hələlik brusellyoz virusu aşkar edilməyib.

Yaxın iki ayda 14 min başa yaxın iribuynuzlu heyvandan qan nümunəsinin götürülməsi nəzərdə tutulub. Bununla yanaşı, rayonda saxlanılan 52 min başa yaxın heyvan qarayara xəstəliyinə qarşı peyvənd ediləcək. Eyni zamanda, xəstəliklərə qarşı profilaktiki tədbirlərin aparılması məqsədilə fermerlər arasında maarifləndirmə işi aparılır, onlara müvafiq dərmanlar paylanılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR