Slimfit
  1. TEXNOLOGİYA

“Windows”un son yeniləməsi kompüterlərin işini dayandırıb

“Windows”un son yeniləməsi kompüterlərin işini dayandırıb
Sakura

“Windows”un son yeniləməsi kompüterlərin işini dayandırıb

“Windows” əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlərin istifadəçiləri yeniləməni quraşdırmaq cəhdindən sonra yaranmış kritik nasazlıqdan şikayət ediblər. Bu haqda “Inquirer” nəşri məlumat verib.
 
ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, “KB4464330” nömrəli versiya "Mənim sənədlərim" qovluğundakı faylların silinməsinə səbəb olan problemi aradan qaldırmalı idi, ancaq daha çox ciddi nasazlıqlara gətirib çıxarıb.
 
Məsələn, yeniləməni quraşdırdıqdan sonra kompüter yenidən yüklənir və "aradan qaldırıla bilməyən səhv" haqda mesajdan ibarət "Mavi ekran" (BSOD) göstərilir. Nəşrin məlumatına görə, şikayətlərin əksəriyyəti “Hewlett-Packard” noutbuku işlədən istifadəçilərdən daxil olub, həmçinin digər qurğu sahiblərindən də müraciətlər olub.
 
Texniki dəstək forumunda müzakirə zamanı belə qərara alınıb ki, “HP” şirkətinin öncədən quraşdırılmış proqram təminatının tərkibinə daxil olan “HpqKbFiltr.sys” faylı bu problemi yaradır. Bəzi istifadəçilər bu faylın yerini dəyişdirmək və ya adını dəyişdirməklə "göy ekran" problemini aradan qaldırmağa müvəffəq olublar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR