Slimfit
  1. TEXNOLOGİYA

“Windows” sisteminin idarəetməsi altında işləyən bütün kompüterlər təhlükə altındadır

“Windows” sisteminin idarəetməsi altında işləyən bütün kompüterlər təhlükə altındadır
Sakura

“Windows” sisteminin idarəetməsi altında işləyən bütün kompüterlər təhlükə altındadır

“Zero Day Initiative”in kibertəhlükəsizlik sahəsində mütəxəssisləri tərəfindən 4 ay bundan əvvəl “Windows” əməliyyat sistemində aşkar edilmiş “sıfır günü” boşluğu hələ də “Microsoft” tərəfindən aradan qaldırılmayıb. Bu haqda mütəxəssislər öz saytında məlumat veriblər.
 
ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” resursuna istinadən yazır ki, “Microsoft JET Database Engine” verilənlər bazasının mexanizmində aşkar edilmiş boşluğu aradan qaldırmaq üçün “Microsoft” korporasiyasına daha 120 gün müddət vaxt verilib.
 
Bu boşluq nəticəsində hakerlər kompüterin koduna müdaxilə edə və qurğuya virus quraşdıra bilər.
 
Müdaxilə təhlükəsi “Windows 7” sistemində aşkar edilib, ancaq ekspertlər bütün əməliyyat sistemlərinin bu boşluq qarşısında dayanıqsız olduğunu istisna etmir. Oktyabrda “Microsoft” şirkətindən yeniləmə gözlənilir.
 
Mütəxəssislərin məlumatına görə, hakerlər artıq bu boşluqdan istifadə edərək ABŞ, Rusiya, Ukrayna, Almaniya, Polşa, Böyük Britaniya və başqa ölkələrin istifadəçilərinə hücum ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əhməd Cavadın 1914 cü ildə Gəncə şəhərində yazdığı "Çırpınırdı Qara dəniz" şeirinin orjinal mətni

Redaktor seçimi

SON XƏBƏRLƏR