Slimfit
  1. DÜNYA

“Windows” istifadəçiləri yeniləmədən sonra faylların itməsindən şikayət edirlər

“Windows” istifadəçiləri yeniləmədən sonra faylların itməsindən şikayət edirlər
Sakura

“Windows” istifadəçiləri yeniləmədən sonra faylların itməsindən şikayət edirlər

İstifadəçilər "Windows 10 October 2018 Update" yeniləməsini quraşdırdıqdan sonra qovluqlardan faylların itməsini qeydə alıblar. Bəzi istifadəçilər sosial şəbəkə və "Reddit" portalında bu barədə post dərc edərək şikayət ediblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, onların sözlərinə görə, sözügedən yeniləməni quraşdırdıqdan sonra bəzi istifadəçilərdə "Şəkillər", "Yükləmələr", "Sənədlər" və "Musiqi" qovluqlarında yerləşən bütün fayllar, sadəcə, itir.
 
İndi istifadəçilər itmiş faylları bərpa etmək üsulunu axtarır. Əsas variantlar aşağıdakılardır: "bulud" saxlanc sistemi vasitəsilə  və ya köhnə əməliyyat sisteminə aid bütün faylların saxlanıldığı "Windows.old" qovluğu vasitəsilə.
 
Məlumat üçün bildirək ki, "Microsoft" korporasiyası "Windows 10 October 2018 Update" yeniləməsini oktyabrın 3-də təqdim edib. Əsas yenilik olan "Sizin telefonunuz" mobil proqramı vasitəsilə "Android" sisteminin idarəetməsi altında işləyən smartfondan faylları kompüterə göndərmək, həmçinin SMS mesajlar qəbul etmək və göndərmək mümkündür.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR