Slimfit
  1. TEXNOLOGİYA

“Wi-Fi” siqnalları divar arxasında olan insanın şəxsiyyətini müəyyənləşdirməyə kömək edib

“Wi-Fi” siqnalları divar arxasında olan insanın şəxsiyyətini müəyyənləşdirməyə kömək edib
Sakura

“Wi-Fi” siqnalları divar arxasında olan insanın şəxsiyyətini müəyyənləşdirməyə kömək edib

Kaliforniya Universitetinin mühəndisləri “Wi-Fi” siqnalları vasitəsilə müxtəlif maneələr, o cümlədən divar arxasında olan insanın şəxsiyyətini identifikasiya etməyə imkan verən texnologiya hazırlayıblar. Tədqiqat universitetin saytında dərc edilib.
 
ICTnews” Elektron Xəbər Xidməti “Hightech www.hightech.fm” resursuna istinadən yazır ki, “XModal-ID” adlı metod bir-birindən uzaq iki “Wi-Fi” siqnalı ötürücüsündən, eləcə də insanın hərəkətlərinin əks olunduğu videoyazılardan istifadəni nəzərdə tutur. Videoçarx vasitəsilə insanın üçölçülü modeli tərtib olunduqdan sonra bu məlumatlar ondan “Wi-Fi” siqnallarının əks edilməsinin modelləşdirilməsi üçün istifadə olunur.
 
Eksperiment zamanı metod səkkiz könüllünün üzərində sınaqdan keçirilib. “XModal-ID” sistemi ümumilikdə divar arxasında olan insanların 84 faizini düzgün müəyyənləşdirib. “XModal-ID” alqoritmlərinin kompüter təlimi əsasında işləməsinə görə gələcəkdə identifikasiya prosesinin tədricən artacağı gözlənilir.
 
Texnologiyanın köməyi ilə hüquq-mühafizə orqanları insanı hərəkətlərinə görə identifikasiya edə biləcəklər. Məsələn, insan müşahidə kameralarına düşərək sifəti görünməz olanda qanun keşikçiləri onun şəxsiyyətini məhz bu sistem vasitəsilə müəyyənləşdirəcəklər.  




 

 

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR