Dərc edildi: Baxış sayı: 533
“WhatsApp”ın fəaliyyətində problem yarandı
“WhatsApp” messencerinin istifadəçiləri problemlə üzləşiblər.
Primetime.az “ICTnews”a istinadən xəbər verir ki, messencerin fəaliyyətində problemlər çərşənbə axşamı dünyanın bir sıra ölkələrində müşahidə edilməyə başlayıb. Bu barədə populyar internet resurslarının işini izləyən “Downdetector” resursu məlumat verib.
Məlumata görə, “WhatsApp”da nasazlıqla rastlaşan istifadəçilərin əksəriyyəti (41 faiz) bağlantı ilə bağlı problemin olmasını bildirib. 35 faiz məlumatların göndərilməsi və qəbulu, daha 23 faiz avtorizə zamanı çətinliklərlə üzləşib.
Nasazlıqdan daha çox Böyük Britaniya, Niderland, Almaniya, İsveçrə, Avstriya və İspaniya, eləcə də ABŞ, Meksika, Braziliya və Çili sakinləri şikayət ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət