Slimfit
  1. TEXNOLOGİYA

“WhatsApp”dan Pullu xidmət

“WhatsApp”dan Pullu xidmət
Sakura

“WhatsApp”dan Pullu xidmət

“Facebook” əbəs yerə deyil ki, öz prioritetləri arasında messenceri və “strories”i əlavə edib. “WhatsApp”ın vitse-prezidenti Kris Deniels platformanının “stories” bölməsində reklamın olacağını təsdiq edib. “Stories”də istifadəçilər 24 saatdan sonra yoxa çıxan foto, video, GIF paylaşa bilirlər.

Fins.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu 2014-cü ildə “Facebook” tərəfindən alınmış xidmətin pul qazanmaq üçün atdığı ilk addım olacaqdır. Nəhayət ki, “WhatsApp” reklamlar sayəsində, öz auditoriyası üzərindən pul qazana, biznes platformaya giriş əldə edə biləcək. Deniels öz bəyanatını Hindistana səfəri çərçivəsində bir il içində 2-ci dəfə idi ki, edirdi.

Doğrudur ki, top menecer konkret vaxt ilə bağlı açıqlama etməmişdi. Bir gün əvvəl “Facebook” şirkətinin təsisçisi Mark Zuckerberq qeyd etmişdi ki, onun Facebook, Instagram, Messenger və WhatsApp kimi xidmətlərindən bütün dünya üzrə hər gün 2 milyarddan çox insan istifadə edir. Proqnozlara görə, ən yaxın perspektivdə insanlar adi postlardan daha çox “stories” paylaşacaqlar. Elə buna görə də, şirkət bu sahənin inkişafı üçün fəal olaraq çalışır və onun üçün reklam formatını hazırlamaq niyyətindədir. Xatırladaq ki, messencerin inkişaf strategiyası “WhatsApp” baniləri və “Facebook” rəhbərliyi üçün sözün əsl mənasında əngəl daşı oldu. Yeni rəhbərlik xidmət üzərindən pul qazanmaqda maraqlı idi, lakin Brian Acton və Jan Koumun şirfrələnmə və inadkarlığı hədəf reklamı və biznes alətlərinin tətbiq edilməsinə mane olurdu.

 

 

 

“Reklam dünyası ilə əlaqə qurmaq məni melanxoliyə salır. Reklam elanlarını saytınızda yerləşdirdikdən sonra, həyatı daha yaxşı gətirmək üçün nəsə etmirsiniz”, - deyə Acton açıqlamasında qeyd etmişdi. O, “Forbes” nəşrinə müsahibəsi zamanı bildirmişdi ki, onlar “WhatsApp”ın pullu hala gətirilməsi ilə bağlı məsələdə razılığa gələ bilməyiblər. “WhatsApp” rəhbərliyinin Hindistana olan diqqəti bu ölkədə baş verən zorakılığın müxtəlif növləri ilə bağlıdır. Ölkənin müxtəlif regionlarında uşaqların oğurluğu, soyğunçuluq, zorlamalar haqqında məlumatlar sürətlə yayılır. Messencer istifadəçiləri məsuliyyətsiz və partlayışla bağlı xəbərlər alırlar, bütün bunlardan sonra isə ölkədə Linç məhkəmələri təşkil edirlir. Hindistan hakimiyyəti təhrikçiləri müəyyən etmək üçün xidmətdən tədbirlər görməyi tələb edib. Oktyabr ayında isə “WhatsApp” yalan məlumat vermənin mənfi nəticələri ilə bağlı sosial kampaniyasını buraxmışdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR