Dərc edildi: Baxış sayı: 507
WhatsApp geri addım atdı
WhatsApp bu dəfə atdığı geri addımla gündəmdədir. FaktXeber.com-un verdiyi məlumata görə, məşhur mesajlaşma tətbiqi bir müddət əvvəl dayandırdığı layihəyə yenidən start verib.
Xatırladaq ki, WhatsApp bir müddət əvvəl «qaranlıq rejimi» heç bir açıqlama eləmədən Android tətbiqindən çıxarmışdı. Lakin deyəsən, məşhur mesencer bu addımından peşman olub, sözügedən xüsusiyyət üçün yenidən düyməyə basıb.
WhatsApp-ın beta güncəlləməsi ilə birlikdə yenidən əlavə olunan xüsusiyyət zəng və durum ekranlarını da əhatə edir.
Bildiyiniz kimi, qaranlıq rejimin ən böyük üstünlüyü, ekran istifadəsini azaldır ki, bu da OLED ekranlı telefonlarda şarj sərfiyyatını azaldır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət