Dərc edildi: Baxış sayı: 510
WhatsApp-dan növbəti yenilik
WhatsApp yalan məlumat və informasiyaların qarşısı almaq üçün daha bir addım atdı.
Xeberler.az xarici mediaya istinadən bildirir ki, şirkətin gətirdiyi yeniləmə ilə artıq WhatsApp üzərindən bir informasiyanı eyni anda yalnız beş nəfərlə paylaşmaq mümkündür.
Belə ki, ötən aylarda Hindistanda WhatsApp vasitəsi ilə yayılan yalan məlumatlar bir neçə şəxsin həyatını itirməsinə səbəb oldu. Bundan sonra şirkət WhatsApp-a həm təhlükəsizliyin artırılması, həm də tətbiqin bu ölkədə qadağan edilməməsi üçün bəzi yeniliklər gətirdi.
Qeyd edək ki, WhatsApp-ın son dəyişikliyi iOS əməliyyət sistemli telefonlar üçün nəzərdə tutulub.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət